Azərbaycan dünya çempionatına yollanır

15:28 | 21.10.2014
Azərbaycan dünya çempionatına yollanır

Azərbaycan dünya çempionatına yollanır

Noyabrın 22-də ABŞ-da gənc cüdoçular arasında dünya çempionatına start veriləcək. Apasport.az saytının məlumatına görə, 4 gün davam edəcək mundiala Azərbaycan millisi də qatılacaq.Okeanın o tayında ölkəmizin idman şərəfini 10 cüdoçu qoruyacaq. Baş məşqçi Fərhad Məmmədov dünya çempionatında Natiq Qurbanlı, Sadiq Məhərrəmov (hər ikisi 55 kq), Davud Məmmədov, Mehman Sadıqov (hər ikisi 60 kq), Rəşad Rufullayev, Telman Vəliyev (hər ikisi 66 kq), Hüseyn Rəhimli, Fəqan Quluzadə (hər ikisi 73 kq), Firudin Dadaşov (90 kq) və Leyla Əliyevanı (44 kq) yoxlamağa qərar verib.Qeyd edək ki, yarışda 80 ölkədən 563 (331 oğlan, 232 qız) idmançı qüvvəsini sınayacaq. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb