Azərbaycan əhalisinin boy göstəriciləri AÇIQLANDI

13:41 | 18.09.2015
Azərbaycan əhalisinin boy göstəriciləri AÇIQLANDI

Azərbaycan əhalisinin boy göstəriciləri AÇIQLANDI

Dövlət Statistika Komitəsi Azərbaycanda yaşayan əhalinin orta boyunu açıqlayıb.

Komitənin məlumatların yayılması şöbəsinin müdiri Rafael Süleymanov Modern.az saytının sorğusuna cavab olaraq bildirib ki, ölkə üzrə 15 yaşdan yuxarı əhalinin orta boyu 168, 2 santimetrdir. Bu rəqəm kişilərdə 171,9, qadınlarda isə 164, 3 santimetrdir:

"15-19 yaş arası əhalinin orta boyu ölkə üzrə 162 santimetr olub. Bu göstərici kişilərdə 163,7 sm, qadınlarda 160,2 sm qeydə alınıb".

Komitə rəsmisi əlavə edib ki, 20-44 yaş arası əhalinin orta boyu 168,9 santimetrdir - kişilərdə 172,5, qadınlarda 164,7 santimetr:

"45-64 yaş arası əhalinin orta boyu isə 168,9 santimetrdir - kişilərdə 172,9, qadınlarda 165 santimetr.

Azərbaycanda 65 yaşdan yuxarı əhalinin orta boyu 166, 8 santimetr olub. Kişilərdə 170,8, qadınlarda isə 163, 4 santimetr olaraq rəsmiləşib”.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 61,9 min nəfər və ya 0,6% artaraq 2015-ci il avqust ayının 1-i vəziyyətinə 9 mln. 654,9 min nəfərə çatıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM