Azərbaycan çempionu faciəvi şəkildə öldü

13:36 | 30.12.2013
Azərbaycan çempionu faciəvi şəkildə öldü

Azərbaycan çempionu faciəvi şəkildə öldü

Bakıda tanınmış idmançı dəm qazından boğularaq ölüb.ANN.Az Lent.az-a istinadən xəbər verir ki, dekabrın 28 Nərimanov rayonu ərazisində, Hidayətzadə küçəsi 7/23, mənzil 7-də bədbəxt hadisə nəticəsində dünyasını dəyişən 1986-cı il təvəllüdlü Quliyev Roman Muradxan oğlu kiqboksinq üzrə Azərbaycan çempionu imiş.Mərhumun dostu, əlbəyaxa döyüş üzrə 3 qat dünya çempionu Anar Süleymanov bildirib ki, Azərbaycan çempionu, dəfələrlə beynəlxalq turnirlərin qalibi, dünya çempionatının bürünc mükafatçısı olan Roman Quliyev dekabrın 28-nə keçən gecə hamamda olarkən keçinib. Bu gün R.Quliyevin 3 mərasimidir.Verilən məlumata görə, Roman Quliyev 57 kiloqram çəkidə çıxış edirmiş. Onun qardaşı Rolan Quliyev də peşəkar kiqboksçudur. Hər iki qardaş dünya çempionatı və digər mötəbər turnirlərin iştirakçısıdır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM