Yağmurlu hava şəraiti davam edəcək

13:41 | 06.10.2015
Yağmurlu hava şəraiti davam edəcək

Yağmurlu hava şəraiti davam edəcək

Oktyabrın 7-da Bakı və Abşeron yarımadasında hava şəraitinin gün ərzində dəyişkən buludlu olacağı, arabir tutulacağı keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, gecə və səhər yarımadanın bəzi yerlərdə qısa müddətli az yağış yağacağı ehtimalı var. Axşam bəzi yerlərdə zəif duman olacaq, cənub küləyi əsəcək. Havanın temperaturu gecə 15-19, gündüz 22-27 dərəcə isti olacaq.  
 
Bölgələrdə gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi axşam mülayim qərb küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu gecə 12-17, gündüz 22-27, dağlıq ərazilərdə gecə 5-10, gündüz 11-16 dərəcə isti olacaq. 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM