Azərbaycan güləşçiləri dünya reytinqində - SİYAHI

16:01 | 20.10.2014
Azərbaycan güləşçiləri dünya reytinqində - SİYAHI

Azərbaycan güləşçiləri dünya reytinqində - SİYAHI

Dünya Güləş Birliyi (UWW - United World Wrestling) təqvim planı üzrə sentyabrda keçirilən Dünya çempionatı və Asiya Oyunlarının nəticələrinə əsasən, bütün güləş növlərində güləşçilərin reytinq siyahısını açıqlayıb. Azərbaycan Güləş Federasiyasından Oxu.Az-a daxil olan məlumata görə, Yunan-Roma güləşi üzrə reytinq siyahısında 9 güləşçimizin adı daxil edilib. Ən yaxşı göstərici Dünya çempionatının gümüş mükafatını qazanan Saman Təhmasibiyə (85 kq) məxsusdur. O, reytinqdə də 2-ci yerdədir. Dünya çempionatının bürünc mükafatçıları Rəsul Çunayev (71 kq) 3-cü, Elvin Mürsəliyev (75 kq) 5-ci yerdə qərarlaşıb. Dünya çempionatını 5-ci sırada tamamlayan Həsən Əliyev (66 kq) isə, reytinqdə 7-ci pillədə qərarlaşıb. Qadın güləşçilərin reytinq sıralamasında 4 güləşçimizin adı var. Dünya çempionatının gümüş mükafatçısı Yuliya Ratkeviç (60 kq) reytinqdə də ikinci sırada qərarlaşıb. Dünya çempionatında bürünc medal qazanan Mariya Stadnik isə, reytinqdə 4-cü sıradadır. Sərbəst güləşçilərimizdən 11 nəfəri Dünya Güləş Birliyinin son reytinq siyahısında öz yerlərini tutub. Ən yüksək göstərici isə, Dünya çempionu Hacı Əliyevə (61 kq) məxsusdur. Hacı Əliyev Daşkənddə öz çəkisində bütün rəqiblərindən üstün olmaqla reytinqdə də ilk sırada qərarlaşıb. Dünya çempionatının gümüş mükafatını qazanan Xetaq Qazyumov (97 kq) isə, reytinqdə ikincidir. Yunan-Roma güləşi 59 kq12. Taleh Məmmədov (13)66 kq7. Həsən Əliyev (2)71 kq3. Rəsul Çunayev (2)75 kq5. Elvin Mürsəliyev (6)11. Rafiq Hüseynov (7)80 kq17. Emin Əhmədov (nr)85 kq2. Saman Təhmasibi (9)98 kq19. Şalva Qadabadze (7)130 kq15. Sabah Şəriəti (14)                       Sərbəst güləş57 kq9. Əhmədnəbi Qvarzatilov (3)61 kq 1. Hacı Əliyev (1)65 kq 18. Məhəmməd Müslümov (12)70 kq 7. Ruslan Dibirhacıyev (2)74 kq 9. Cəbrayıl Həsənov (2)11. Əşrəf Əliyev (nr)86 kq 6. Həmzət Osmanov (8)97 kq 2. Xetaq Qazyumov (3)11. Şərif Şərifov (6)125 kq 10. Əli İsayev (7)12. Aslan Dzebişov (15)                       Qadın güləşi48 kq4. Mariya Stadnik (1)58 kq13. İrina Netreba (7)60 kq2. Yuliya Ratkeviç (1)69 kq13. Nadya Sementsova (nr)Qeyd: Mötərizədə yazılan rəqəmlər idmançıların ötən ayın reytinq siyahısında tutduqları yeri göstərir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb