Azərbaycan Həcc ziyarətinin təşkilində dəyişiklik istəyir

16:40 | 13.11.2015
Azərbaycan Həcc ziyarətinin təşkilində dəyişiklik istəyir

Azərbaycan Həcc ziyarətinin təşkilində dəyişiklik istəyir

Bu il gerçəkləşdirilən Həcc ziyarəti zamanı Məkkədəki Mina vadisində izdiham nəticəsində 2110 nəfər həlak oldu. Qeyd edək ki, bu açıqlama Səudiyyə Ərəbistanı hökumətinin Həcc ziyarəti təşkili zamanı təhlükəsizlik problemlərinə həsr olunan görüşündən sonra verilib. Buna qədər Məkkədə 1990-cı ildə 1426 nəfər ölmüşdü.

Ziyarətdən sonra aparılan müzakirələr zamanı müsəlman dövlətlərinin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) növbəti sammitlərinin birində Məkkəyə gerçəkləşən ziyarətlərdə ortaq nəzarət mexanizminin yaradılması təklifinin irəli sürüləcəyi açıqlanıb.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi, Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli Modern.az saytına açıqlamasında məsələnin vacibliyini qeyd edib:

"Təəssüf ki, builki ziyarət böyük faciə ilə yadda qaldı. Bu faciənin əsas səbəbi məhz təşkilatçılıq işlərinin lazım olan səviyyədə görülməməsi idi. Ona görə də artıq Həcc ziyarəti bitdikdən sonra müsəlman dövlətləri bu mərasimin təşkilinin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) tərəfindən reallaşdırması təklifini irəli sürdülər. Məncə, məsələ müzakirə oluna bilər”.

Hacı Şahin məsələnin reallaşmasının vacibliyini vurğulasa da, qarşı tərəfin tez bir zamanda razılıq verəcəyinə ümidli deyil:

"Bir sıra dövlətlər təşkilatçılıq məsələlərində Səudiyyə Ərəbistanına kömək etməlidir. Bunu müsbət qarşılayıram. Amma təbii ki, Səudiyyə Ərəbistanı ərazisində keçirilən bir tədbirə başqa dövlətlərin yardımçı olmasını rahat qəbul etməz.

Ümumiyyətlə, neqativ halların aradan qaldırılması üçün təklif olaraq müzakirəsi mümkündür. Bu addım problemlərin aradan qaldırılması üçün təkan da ola bilər.

Hesab edirəm ki, Səudiyyə Ərəbistanı kompromisə getməlidir. Çünki son yaşananlar bu problemin müzakirəsinin vacib olduğunu təsdiqləyir”.  


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM