Bu gün İslamabad şəhrində Pakistan Silahlı Qüvvələrinin hərbi paradı keçirilib.
"AzeriDefence”nin mlumatına görə, paradda Pakistan Ordusunun bölmələri ilə yanaşı Azərbaycan Ordusunun bir piyada bölməsi ayrıca kalonla, Azərbaycan bayrağını tribuna önündən keçib.
Müdafiə naziri Zaki Həsənov qonaqlarla birlikdə Pakistan istehsalı olan JF-17 "Thunder” döyüş təyyarəsinin nümunəvi uçuşunu izləyib.
Pakistan Xüsusi Təyinatlı Qüvvələri və qonaq ölkələrin paraşütçüləri ilə birlikdə təyyarədən tullanan Azərbaycan Dövlət Sərhəd Xidmətinin paraşütçüsü Abdulla Yusifov parad keçirilən meydana Azərbaycanın dövlət bayrağını gətirib.
"AzeriDefence” paradda iştirak edən Azərbaycan hərbçilərinin fotolarını təqdim edir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !