Azərbaycan İranla memorandum imzalayıb

17:43 | 03.06.2022
Azərbaycan İranla memorandum imzalayıb

Azərbaycan İranla memorandum imzalayıb

Azərbaycan və İran arasında yeni memorandum imzalanıb. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitter hesabında məlumat paylaşıb.

"İranın neft naziri Cavad Övci ilə ölkələrimiz arasında iqtisadi münasibətlərin cari vəziyyəti və inkişafı barədə danışdıq. Bu ölkənin Neft Nazirliyi ilə imzaladığımız memorandum ölkələrimiz arasında təbii qaz sahəsində əməkdaşlığın genişlənməsinə fayda verəcək", - o qeyd edib.

İranın neft naziri Cavad Ovci Bakı Enerji Forumu çərçivəsində keçirilən konfransın ilk günündə bildirib ki, İrana qarşı tətbiq edilən sanksiyalar nəticəsiz olub.

"Buna baxmayaraq, İran özünün neft-qaz infrastrukturunu inkişaf etdirə bilib. İranın təbii qazın gündəlik istehsal həcmi 2 milyard kubmetrrə çatdırılıb, neft hasilatı üzrə bu göstərici 4 milyon barel təşkil edir. Növbəti illərdə 1,4 milyar kubmetr qazın hasilatı nəzərdə tutulur. Hazırda İran Türkiyəyə gündəlik 30 milyon kubmetr təbii qaz nəql edir. Paralel olaraq gündəlik  təqribən 60 milyon kubmetr İraqa nəql edilir. Türkmənistandan Azərbaycana il ərzində 1,5 milyard kubmetr qaz nəql olunacaq ki, bu İran üzərindən həyata keçiriləcək", - Ovci açıqlayıb.
 
İranın 1970-ci illərdən bəri sanksiyalara məruz qalması ağır nəticələrə gətirib çıxarıb. Hazırda müxtəlif ölkələrin banklarında İrana məxsus 120 milyard dollar vəsait dondurulub. İran bu vəsaitdən istifadə edib insanların sosial-iqtisadi vəziyyətini yaxşılaşdıra bilmir. İranın 700-dən çox hüquqi və fiziki şəxsi sanksiyalara məruz qalaraq heç bir kommersiya fəaliyyəti göstərə bilmir. Sanksiyalar iri şirkətlərin və sərmayədarların İranı tərk etməsinə səbəb olub. Bütün bunlar insan hüquqları daxil olmaqla, ölkənin ümumi inkişafına böyük maneələr törədib.
 
Avropa ölkələrində İran neftinin idxalını qadağan edən sanksiyalar mübahisəli nüvə proqramı ilə əlaqədar Tehrana təzyiq göstərmək məqsədilə tətbiq edilmiş, bundan bir qədər sonra İran da buna cavab olaraq, İran neftinin Avropa ölkələrinə ixracını qadağan edilməsinə dair qərar qəbul etmişdi.

 
Ləman Qasımova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb