Azərbaycan MDB ölkələrinə ixracı kəskin azaldıb

11:38 | 18.03.2015
Azərbaycan MDB ölkələrinə ixracı kəskin azaldıb

Azərbaycan MDB ölkələrinə ixracı kəskin azaldıb

2015-ci ilin ilk iki ayı ərzində (yanvar, fevral) MDB ölkələri ilə (Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan, Tacikistan, Türkmənistan, Ukrayna) 62 milyon 349.38 min dollar dəyərində məhsul ixrac olunub. Bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 45% azdır.

Bu barədə Oxu.Az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Komitənin məlumatına görə, MDB ölkələrinə ixrac 2015-ci ilin ilk iki ayının ümumi ixraca nisbətən payı 2.67% təşkil edir. 2014-cü ilin müvafiq dövründə isə bu rəqəm 54.69% idi. Rəqəmlərdən də göründüyü kimi bir il ərzində bu ölkələrə ixrac kəskin azalıb.

İdxala gəlincə isə, 2015-ci ilin müvafiq dövründə bu ölkələrə idxal 338 milyon 365.2 min dollar dəyərində olub. Bu isə 2014-cü ilin müvafiq dövrünün göstəricisindən 17% çoxdur. Ümumi idxalda payı isə 19.82% təşkil edir.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür