• $ 1.7
  • € 2.0054
  • ₽ 0.021663
  • ₺ 0.0427
  • £ 2.3364

Azərbaycan millisinin 3 boksçusu finala yüksəlib

Azərbaycan millisinin 3 boksçusu finala yüksəlib
09.02.2023 18:29
Azərbaycan millisinin 3 boksçusu Mərakeşdə keçirilən Qızıl kəmər seriyasında finala vəsiqə qazanıb.

Azərbaycan Boks Federasiyasından (ABF) verilən məlumata görə, Ümid Rüstəmov (57 kq), Nəbi İsgəndərov (67 kq) və Alfonso Dominqes (86 kq) yarımfinal mərhələsində rəqiblərini məğlub ediblər.

Ümid Rüstəmov yarımfinalda italiyalı Françesko İoziadan güclü olub. O, rəqibini 5:0 (30:27, 29:28, 29:28, 30:27, 30:27) hesabı ilə məğlub edib. Rüstəmov çempionluq uğrunda Eduard Savvinlə (Rusiya) qarşılaşacaq.

Nəbi İsgəndərov ardıcıl üçüncü görüşündə də inamlı qələbə qazanıb. Boksçu final yolunda Abdulhakim Akramı (Seyşel adaları) rinqdən məyus yola salıb. Gəncə boks məktəbinin yetirməsi bu dəfə ikinci raundda tam üstünlüklə qalib gəlib. İsgəndərov finalda Tarxan İdiqovla (Rusiya) üz-üzə gələcək.

Alfonso Dominqes də qızıl medal uğrunda döyüşə vəsiqə qazanıb. Dünya çempionu yarımfinalda Endi Lesmesdən (İspaniya) üstün olub. O, rəqibini 4:1 (29:28, 29:28, 27:30, 29:27, 29:28) hesabı ilə məğlub edib. Dominqes də komanda yoldaşları kimi, həlledici görüşdə Rusiya təmsilçisi ilə qarşılaşacaq. Onun rəqibi Şarabutdin Atayev olacaq.

Azərbaycan yığmasının digər boksçuları Məsud Yusifzadə (51 kq) və Sərxan Əliyev (71 kq) turniri bürünc medalla başa vurublar. Onlar yarımfinalda müvafiq olaraq, Martin Molina (İspaniya) və Stiv Kulenquluka (Konqo Demokratik Respublikası) məğlub olublar.

 34 ölkədən 201 boksçunun (119 kişi, 82 qadın) qatıldığı yarışda final döyüşləri fevralın 10-da olacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanlı qadın güləşçi qızıl medal qazanıb
İdman 22:47
Azərbaycanlı qadın güləşçi qızıl medal qazanıb
Rusiyalı UFC döyüşçüsü Bakıda ölüm təhdidləri aldığını bildirib
İdman 09:24
Rusiyalı UFC döyüşçüsü Bakıda ölüm təhdidləri aldığını bildirib
"Qarabağ" klubu Şuşada yeni formalarını təqdim edib - Video
İdman 20:43
"Qarabağ" klubu Şuşada yeni formalarını təqdim edib - Video
"Çelsi" dünya çempionatında "Esperans"a qarşı böyükhesablı qələbə qazanıb
İdman 09:36
"Çelsi" dünya çempionatında "Esperans"a qarşı böyükhesablı qələbə qazanıb
Bakıda UFC döyüş gecəsinə start verilib - Video
İdman 22:15
Bakıda UFC döyüş gecəsinə start verilib - Video
UFC Bakıda ilk dəfə keçirilir
İdman 10:18
UFC Bakıda ilk dəfə keçirilir
Bakıda açıq qayıq sürmə çempionatı keçirilib
İdman 16:12
Bakıda açıq qayıq sürmə çempionatı keçirilib
Azərbaycan millisinin Belarusla oyunlarının vaxtı və hakimləri açıqlanıb
İdman 19:00
Azərbaycan millisinin Belarusla oyunlarının vaxtı və hakimləri açıqlanıb
Ali Koç Bakıya gəlib
İdman 23:27
Ali Koç Bakıya gəlib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol