Azərbaycan millisinin üzvü Kürdüstana dəstək verdi

12:31 | 13.10.2014
Azərbaycan millisinin üzvü Kürdüstana dəstək verdi

Azərbaycan millisinin üzvü Kürdüstana dəstək verdi

Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət milli komandasının futbolçusu Melis Sarıaltının şok fotoları yayılıb. 

ANN.Az-ın  “Sportnet.az”a istinadən məlumatına görə, Almaniya “Bayer”inə məxsus yarımmüdafiəçi ötən gün Düsseldorfda İŞİD terrorçularının Suriyada kürdlərin yaşadığı Kobaniyə hücumuna etiraz aksiyalarına qoşulub.  O, əynində “Kurdistan” ("Kürdüstan") yazılmış köynək və əlində PKK terrorçularının və təşkilatın lideri Abdullah Öcalanın fotosunun əks olunduğu bayraqla nümayişə çıxıb. O, facebook profilində paylaşdığı fotoya “Kobani yalqız deyil” statusunu yazıb. Nümayişçilər də PKK lideri Abdullah Öcalanın şəkli olan bayraq qaldırıblar. Sarıaltının bu addımı heç də birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə əlində kürd bayrağı tutan və terrorçu PKK lideri Abdullah Öcalanın şəklinin nümayiş etdirildiyi aksiyaya qatılan futbolçunun millimizdə oynamasının yolverilməzliyi vurğulanıb. 

 AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu Azərbaycanın 19 yaşadək qızlardan ibarət milli komandasının üzvü Melis Sarıaltının qondarma Kürdüstan dövləti və PKK lideri Abdullah Öcalanın şəkli olan bayraqla "Kobaniyə dəstək" mitinqinə qatılmasına münasibət bildirib. Nərimanoğlu “Sportnet.az”a-a açıqlamasında yığmanın futbolçunun hər hansı tanınmamış dövlətin bayrağı ilə aksiyaya qatılmasını düzgün hesab etmədiyini bildirib. 

“Bəs Sarıaltına qarşı hər hansı tədbirin görüləcəkmi?” sualını isə AFFA rəsmisi belə cavablandırıb: “Hazırda əsas millimizin AVRO-2016-nın seçmə qrup mərhələsindəki oyunu ilə əlaqədar Xorvatiyadayıq. Bakıya qayıdandan sonra bu barədə danışarıq”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti