Azərbaycan OPEK-in görüşündə iştirak etməkdən imtina edib

18:43 | 27.09.2016
Azərbaycan OPEK-in görüşündə iştirak etməkdən imtina edib

Azərbaycan OPEK-in görüşündə iştirak etməkdən imtina edib

Azərbaycan sentyabrın 28-də OPEK-ə üzv olan və kartelə daxil olmayan ölkələrin Əlcəzairdə keçiriləcək qeyri-rəsmi görüşündə iştirak etməyəcək. 

Oxu.Az "İnterfax-Azərbaycan” a istinadən xəbər verir ki, bu barədə Energetika Nazilyindən məlumat verilib.

Öncə bildirilmişdi ki, Azərbaycanı görüşdə energetika naziri Natiq Əliyev təmsil edəcək.

"Nazir Natiq Əliyev OPEK-ə üzv olan və kartelə daxil olmayan ölkələrin Əlcəzairdə keçiriləcək qeyri-rəsmi görüşündə iştirak etməyəcək. Bütövlükdə, Azərbaycan bu görüşdə təmsil olunmayacaq”, - deyə nazirlikdən bunun səbəbini dəqiqləşdirməyiblər.

Çərşənbə günü OPEK-ə üzv ölkələr və Rusiya Əlcəzairdə keçiriləcək Beynəlxalq energetika forumu çərçivəsində məsləhətləşmələr aparacaqlar. Öncə kartel rəhbərliyi bəyan edib ki, qeyri-rəsmi xarakter daşıyan görüşdən heç bir qərar gözləməyə dəyməz. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM