Azərbaycan Ordusu Naxçıvanda təlimlərə başladı

18:48 | 05.10.2015
Azərbaycan Ordusu Naxçıvanda təlimlərə başladı

Azərbaycan Ordusu Naxçıvanda təlimlərə başladı

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin təsdiq etdiyi Silahlı Qüvvələrin hazırlığı planına əsasən, oktyabrın 5-dən Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusu ilə komanda-qərargah təlimləri başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 6-dan 13-dək keçirilmiş komanda qərargah hərbi oyunlarında icra edilən əməliyyat tapşırıqlarının davamı kimi nəzərdə tutulan bu təlimlərdə Silahlı Qüvvələrin bütün qoşun növlərinin döyüş fəaliyyətlərinin qərargahlar tərəfindən idarə olunması bacarıqları yoxlanılacaq.
 
Təlim tapşırıqlarının işlənib hazırlanması ilə yanaşı mürəkkəb əməliyyat şəraitində qoşunların idarə edilməsi, müxtəlif səviyyəli qərargahların uzlaşması, döyüş xidmətinin təşkili və aparılmasının yoxlanılması da nəzərdə tutulur.
 
Komanda-qərargah təlimləri oktyabrın 8-dək davam edəcək.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür