Azərbaycan Qarabağ uğrunda müharibə haqqından istifadə edəcək

13:17 | 01.10.2015
Azərbaycan Qarabağ uğrunda müharibə haqqından istifadə edəcək

Azərbaycan Qarabağ uğrunda müharibə haqqından istifadə edəcək

Xarici işlər naziri bəyanatla çıxış edib.

Əgər danışıqlar yolu Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdən tamamilə və qeyd-şərtsiz çıxarılması ilə nəticələnməsə, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsi ilə təsbit olunmuş hüququndan istifadə edərək, beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünün bərpasını təmin etmək məcburiyyətində qalacaq.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Baş Assambleyasında çıxış edərkən bildirib.

"Azərbaycan münaqişənin danışıqlar yolu ilə tezliklə nizamlanmasında ən maraqlı tərəfdir”, - Məmmədyarov bildirib.

XİN rəhbəri vurğulayıb ki, münaqişə tərəfləri arasında səmərəli inam yaratmaq üçün ən mühüm və ilkin olan Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasıdır:

"Azərbaycan heç bir zaman öz ərazilərinin işğalı ilə barışmayacaq. Münaqişə yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində onun suverenliyi və ərazi bütövlüyü əsasında həll edilə bilər”.

Məmmədyarov qeyd edib ki, Azərbaycan ərazilərinin hərbi yolla işğalı həll yolu deyil və heç vaxt Ermənistan tərəfindən arzuolunan siyasi nəticə verməyəcək.

Onun sözlərinə görə, Ermənistan bu reallığı nə qədər tez dərk etsə, münaqişə o qədər tez həll edilər və regiondakı ölkələr və xalqlar əməkdaşlıq və iqtisadi inkişaf perspektivlərindən faydalanar.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM