Azərbaycan qazilərinə örnək polkovnikin dəfni

19:49 | 22.01.2018
Azərbaycan qazilərinə örnək polkovnikin dəfni

Azərbaycan qazilərinə örnək polkovnikin dəfni

Təlim mərkəzlərindən birində məşğələ keçirilən zaman bədbəxt hadisə nəticəsində həlak olan hərbi qulluqçu polkovnik Rahim Əliyevin dəfninə Müdafiə Nazirliyinin yüksək çinli zabitləri qatılıb. 

İstiPress-in məlumatına görə,  polkovnik Rahim Əliyevi Bakıda, "Qurd Qapısı" deyilən ərazidə - hərbçilərin qəbiristanlığında torpağa tapşırılıb. Dəfndə  müdafiə nazirinin müavini general leytenant Kərim Vəliyev, general-mayor Rasim Əliyev, polkovnik Abdulla Qurbani, nazirliyin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı iştirak ediblər.

Polkovnik Rəhim Əliyev Azərbaycanın ilk mühəndis-istehkamçılarından olub. 1992-ci ildə Fred Asifin yaratdığı 859 saylı hərbi hissədə erməni işğalçılarına qarşı döyüşlərdə iştirak edib. Ağdərədən tutmuş Füzuliyə qədər neçə-neçə əməliyyatda iştirak edib. 2016-cı ilin aprelində Lələtəpə və digər ərazilərin azad edilməsində xüsusi xidmətləri olub. O, sağlığında Azərbaycanın "İgidliyə görə” və "Vətən uğrunda” medalları ilə təltif edilib. 

Allah rəhmət eləsin!

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb