Bir neçə aya Azərbaycan Sloveniyaya qaz tədarük edə bilər. Bunu Azərbaycan Prezidenti İlham Əliyev deyib.
Azərbaycan prezidenti bildirib ki, 2024-cü ildə Azərbaycan qazının Avropaya nəqlinin həcmi təxminən 13 milyard kubmetr təşkil edəcək.
İyulun 17-də Bakıda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf və Sloveniyanın Geoplin şirkətinin direktoru Saymon Urbankl arasında təbii qazın tədarükü sahəsində əməkdaşlıq memorandumu imzalanıb.
Bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev bildirmişdi ki, respublika 2027-ci ilə qədər Avropaya təbii qaz nəqlini iki dəfə artırmağa hazırdır.
Prezident Azərbaycanın (SOCAR), Macarıstanın (FGSZ), Slovakiyanın (Eustream) və Bolqarıstanın (Bulqartransqaz) qaz nəqli sistemlərinin operatorları arasında anlaşma və əməkdaşlıq haqqında memorandumun rəsmi imzalanması mərasimində iştirak edib.
O, təhlükəsizliyin yaxşılaşdırılması və Aİ ölkələrinə təbii qaz tədarükünün həcminin artırılması üçün "Həmrəylik halqası” birgə təşəbbüsünün bir hissəsi kimi hazırlanıb.

Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !