Pezeşkian ilk dəfə MDB sammitində iştirak edəcək
İran Prezidenti Məsud Pezeşkian Türkmənistanda keçiriləcək MDB Dövlət Başçıları Şurasının geniş tərkibli iclasında ilk dəfə iştirak edəcək.
Rusiya mediasının məlumatına görə, bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
Uşakovun sözlərinə görə, Pezeşkian MDB tarixində ilk dəfə geniş tərkibli iclasa dəvət olunan İran prezidenti olacaq. İran lideri, həmçinin Xəzər ekologiya sammitində iştirak edəcək.
MDB Dövlət Başçıları Şurasının iclası oktyabrın 9-da Türkmənistanda keçiriləcək.