"Azərbaycan "Türk axını"nı hər zaman dəstəkləyib" - İlham Əliyev

11:56 | 18.10.2016

"Azərbaycan "Türk axını"nı hər zaman dəstəkləyib" - İlham Əliyev

"Azərbaycan öz dostlar və qonşuları tərəfindən reallaşdırılan layihələri tam dəstəkləyir".
 
ANN.AZ "APA-Economics"-ə istinadən xəbər verir ki, bunu "Sputnik" beynəlxalq informasiya agentliyinə müsahibəsində Azərbaycan prezidenti İlham Əliyev "Türk axını" layihəsi ilə bağlı müvafiq sualı cavablandırarkən deyib.
 
Ölkə başçısı deyib ki, bu layihə regionda əməkdaşlığı və təhlükəsizliyi gücləndirir:
 
"Bu cür layihələr regionda əməkdaşlıq və təhlükəsizliyi gücləndirir, ölkələrə öz iqtisadi və enerji maraqlarının təmin olunmasında yardım edir. Buna görə, biz "Türk axını"nı hər zaman dəstəkləmişik. Bu günlərdə mənim də iştirak etdiyim Ümumdünya Enerji Konqresi çərçivəsində Türkiyə və Rusiya bu layihənin bərpasına dəlalət edən sənədi imzaladılar və mən buna görə türk və rus həmkarlarımı təbrik edirəm".

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb