​Azərbaycan tütün ixracını iki dəfə artırıb

19:56 | 20.04.2016
​Azərbaycan tütün ixracını iki dəfə artırıb

​Azərbaycan tütün ixracını iki dəfə artırıb

 Bu ilin yanvar-mart ayları ərzində Azərbaycana 23 319,59 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.

 "Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2015-ci ilin ilk rübünə nisbətən 60 803,37 min dollar və ya 72,28% (3,6 dəfə) azdır. Nəticədə, 2016-cı ilin ilk rübü ərzində ölkəyə idxal edilən tütün və tütün məmulatları ümumi idxalın 1,28%-ni təşkil edib.

Hesabat dövründə Azərbaycandan 3 945,79 min dollar məbləğində tütün və tütünün sənaye əvəzediciləri ixrac edilib ki, bu da əvvəlki il ilə müqayisədə 1 931,73 min dollar yaxud 95,91% çoxdur. Tütün və tütün əvəzedicilərinin 2016-cı ildə ixracı ölkənin ümumi ixracının 0,22%-nə bərabər olub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM