Azərbaycan və Avropa Birliyi arasında saziş imzalandı

12:59 | 28.02.2014
Azərbaycan və Avropa Birliyi arasında saziş imzalandı

Azərbaycan və Avropa Birliyi arasında saziş imzalandı

Bu gün Brüsseldə Avropa Birliyi ilə Azərbaycan arasında readmissiya haqqında saziş imzalanıb.APA-nın Azərbaycanın Avropa Birliyindəki nümayəndəliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycan tərəfdən sazişə Azərbaycanın Avropa Birliyindəki səfiri Fuad İsgəndərov imza atıb. Xatırladaq ki, tərəflər ötən ilin noyabrında viza rejiminin sadələşdirilməsi haqqında saziş imzalayıblar. Bu sənəd readmissiya sazişinin imzalanmasından sonra qüvvəyə minəcək. Readmissiya sazişi AB ölkələrində qanunsuz yaşayan və deportasiya qaydalarının təsiri altına düşən Azərbaycan vətəndaşlarının vətənə qaytarılmasını nəzərdə tutur.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb