Azərbaycan və İran nazirləri sərhəddəki vəziyyəti müzakirə edib

22:55 | 26.11.2013
Azərbaycan və İran nazirləri sərhəddəki vəziyyəti müzakirə edib

Azərbaycan və İran nazirləri sərhəddəki vəziyyəti müzakirə edib

Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının Tehranda keçirilən 21-ci iclası çərçivəsində İran İslam Respublikasının xarici işlər naziri Cavad Zərif ilə görüşüb.AR XİN Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş əsnasında nazir Elmar Məmmədyarov İran İslam Respublikası ilə altılıq arasında Cenevrədə aparılan son danışıqların müsbət məcraya doğru yönəlməsinin Azərbaycan Respublikası tərəfindən alqışlandığını bildirib.Cavad Zərif 9 oktyabr tarixində Azərbaycanda keçirilmiş uğurlu prezident seçkiləri ilə əlaqədar Azərbaycan xalqını təbrik edib.Görüş zamanı ikitərəfli əsasda enerji, mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunaraq, tezliklə hökumətlərarası birgə əməkdaşlıq komissiyanın iclasının keçirilməsi barəsində razılıq əldə olunub.Sərhəddə yaranmış vəziyyət ilə əlaqədar tərəflər arasında fikir mübadiləsi aparılıb.Nazir Elmar Məmmədyarov tərəfindən Cavad Zərif Azərbaycana səfərə dəvət olunub.Dəvət İran İslam Respublikasının xarici işlər naziri tərəfindən məmnuniyyətlə qəbul edilib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb