Azərbaycan və Pakistan XİN başçıları arasında telefon danışığı olub

11:19 | 20.10.2020
Azərbaycan və Pakistan XİN başçıları arasında telefon danışığı olub

Azərbaycan və Pakistan XİN başçıları arasında telefon danışığı olub

Bu gün Xarici İşlər naziri Ceyhun Bayramovun Pakistanın Xarici İşlər naziri Mahdum Şah Mahmud Qureşi ilə telefon danışığı baş tutub.

Bu barədə Anews.az-a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Nazirlər bölgədə hazırkı vəziyyəti müzakirə ediblər.

Nazir Ceyhun Bayramov Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlı mülki şəxsləri və yaşayış məntəqələrinin atəşə tutulması daxil olmaqla, humanitar atəşkəsin pozulması barədə pakistanlı həmkarına məlumat verib. Nazir ciddi mülki tələfatına səbəb olan Gəncə şəhərinə raket hücumunun müharibə cinayəti və insanlıq əleyhinə cinayət olduğunu və bu cinayətlərə görə Ermənistan rəhbərliyinin tam məsuliyyət daşıdığını vurğulayıb.

Nazir qardaş ölkə olan Pakistanın Azərbaycanın ədalətli mövqeyinə qəti dəstək ifadə etdiyini üçün yüksək minnətdarlığını ifadə edib.

Nazir Mahdum Şah Mahmud Qureşi Pakistan xalqının hər zaman qardaş Azərbaycan xalqının yanında olduğunu və onun özünü müdafiə hüququnu dəstəklədiyini vurğulayıb. O, Pakistanın münaqişənin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyü əsasında və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həll olunmasının tərəfdarı olduğunu vurğulayıb.
Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdilər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb