Azərbaycan XİN Mirzoyanın bəyanatına cavab verib

11:11 | 08.02.2023
Azərbaycan XİN Mirzoyanın bəyanatına cavab verib

Azərbaycan XİN Mirzoyanın bəyanatına cavab verib

Azərbaycan Ermənistana sülh danışıqları ilə bağlı təklifləri 15 gün bundan əvvəl göndərib. Bunu Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə deyib.

"Azərbaycan Ermənistana sülh danışıqları ilə bağlı təkliflərini bir neçə gün öncə deyil, 15 gün bundan öncə göndərib.  Ermənistan tərəfi sülh sazişi üzrə danışıqlar prosesi barədə yenidən manipulyasiyaya yol verir və özünü konstruktiv tərəf kimi təqdim etməklə, beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır”, - Hacızadə bildirib. 

XİN rəsmisi sözlərinə görə Azərbaycan sülh sazisinin qısa müddətdə bağlanmasının tərəfdarıdır. 

Fevralın 7-də Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyan açıqlama verərək bildirib ki, ötən il Azərbaycana göndərilən təkliflərlə bağlı bir neçə gün öncə cavab alıblar. 

"Biz Azərbaycana sülh müqaviləsi ilə bağlı təkliflərimizi göndərmişik. Bir neçə gün əvvəl Azərbaycandan növbəti reaksiya və təkliflər almışıq.Bakıdan sülh müqaviləsi ilə bağlı təkliflər Biz mətn üzərində işləməyə davam edirik ", - Mirzoyan çərşənbə axşamı Berlində Almaniyanın xarici işlər naziri Annalena Burbok ilə birgə mətbuat konfransında bildirib.

Ermənistan XİN rəhbəri qeyd edib ki, sülh müqaviləsi üzərində iş davam etdirilməlidir və bu, çox vacibdir.

Ermənistan və Azərbaycan liderləri artıq sülh müqaviləsi üzrə danışıqların iki raundu keçiriblər, görüşlər oktyabrın 6-da Praqada və oktyabrın 31-də Soçidə keçirilib.

Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb