Azərbaycan XİN Rusiya səfirinə cavab verib

15:30 | 13.02.2024
Azərbaycan XİN Rusiya səfirinə cavab verib

Azərbaycan XİN Rusiya səfirinə cavab verib

Sülhməramlı kontingentin gündəlik fəaliyyəti və müxtəlif ehtiyaclar ilə bağlı görüşlər keçirilməsi və müzakirələr aparılması ehtiyacı yaranıb. 
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin idarəsinin rəisi Ayxan Hacızadə deyib. 

"Azərbaycan tərəfindən 2023-cü ildə bölgədə həyata keçirilmiş anti-terror tədbirlərindən sonra, sülhməramlı kontingentin gündəlik fəaliyyəti, onların müxtəlif ehtiyacları ilə bağlı mütəmadi görüşlər keçirilməsi və müzakirələr aparılması ehtiyacı yaranıb. Bununla yanaşı, sülhməramlıların yerləşdiyi ərazilərimizdə Ermənistan silahlı qüvvələri tərəfindən son 3 il ərzində genişmiqyaslı minalanma fəaliyyəti aparıldığı və ərazidə partlamamış hərbi sursat problemi nəzərə alınaraq, bu təhdidlərin aradan qaldırılması istiqamətində birgə səylərin həyata keçirilməsi üzrə məsləhətləşmələr aparılması zərurəti mövcuddur", -Hacızadə Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimovun "İzvestiya” qəzetində dərc edilmiş müsahibəsi ilə bağlı sualı cavablandırarkən vurğulayıb.

O xatırladıb ki, Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin 10 noyabr tarixli bəyanatına əsasən, Rusiya sülhməramlı kontingentinin Azərbaycanda qalma müddəti 2025-ci ildə yekunlaşır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb