Anews.az xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə bu gün keçirilən mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, 20 may 2019-cu il tarixində, nadir və nəsli kəsilmək təhlükəsində olan bioloji növ bizonların ölkəmizə introduksiyası ilə bağlı tədbir baş tutub:
Məlumdur ki, Azərbaycanda bizonlar ilk insanların yaşadığı qədim dövrlərdən olub. Qobustan qayalarının üstündə vəhşi bizonların cizgilərinin əks olunması da bunun göstəricisidir.
Tarixçilər bizonlarla bağlı öz salnamələrində qeyd edir ki, Azərbaycan xanları XII-XIII əsrlərdə vəhşi bizonları ovlayırdılar. Bu səbəbdən onların ölkə təbiətinə qaytarılması bizim tarixi irsimizin daha bir elementinin bərpası anlamına gəlir.
Bizonlar Şahdağ Milli Parkının İsmayıllı rayonunun ərazisində bir müddət volyer şəraitində saxlandıqdan sonra vəhşi təbiətə buraxılacaq”.(oxu.az)
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !