Azərbaycana elektrik enerjisi ötürən yarımstansiya təmirə bağlanır

10:49 | 05.09.2016
Azərbaycana elektrik enerjisi ötürən yarımstansiya təmirə bağlanır

Azərbaycana elektrik enerjisi ötürən yarımstansiya təmirə bağlanır

Rusiyanın "Federal Şəbəkə Şirkəti" Dağıstanda yerləşən "Belici" yarımstansiyasında yenidənqurma işlərinə başlayıb.
 
"APA-Economics" xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda deyilir.
 
Bildirilir ki, aparılan işlər Dağıstanın cənub hissəsinin elektrik enerjisi ilə təminatını yaxşılaşdıracaq. Bununla yanaşı, aparılan işlər nəticəsində 110 kV "Belici-Yalama" dövlətlərarası elektrik enerjisi ötürücüsünün fəaliyyətini gücləndirəcək. Qeyd edək ki, bu ötürücü vasitəsilə Dağıstandan Azərbaycana elektrik enerjisi nəql olunur.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb