Azərbaycanda 13 əcnəbiyə ürək köçürülüb

13:41 | 26.12.2015
Azərbaycanda 13 əcnəbiyə ürək köçürülüb

Azərbaycanda 13 əcnəbiyə ürək köçürülüb

Ümumilikdə 2 minə yaxın xəstə ürəyindən əməliyyat olunub

Azərbaycanda artıq 25 uşağa sümük iliyi köçürülüb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Respublika Talassemiya Mərkəzində irsi qan xəstəliklərinin radikal müalicə üsulu olan sümük iliyinin transplantasiyası əməliyyatına 2014-cü ildən başlanılıb.

Nazirlikdən bildirilib ki, bu ilin əvvəlindən indiyədək 14 nəfərə qaraciyər köçürülüb, 78 xəstəyə endoprotezləşmə əməliyyatı olunub, 391 uşağın üzərində kardiocərrahiyyə əməliyyatı həyata keçirilib.

Yalnız 2015-ci ildə Səhiyyə Nazirliyinin tabeçiliyində olan müəssisələrdə 2 minə yaxın açıq ürək əməliyyatı icra olunub. 2015-ci il ərzində 7 Gürcüstan və 1 Qazaxıstan vətəndaşına qaraciyər transplantasiyası və 5 Gürcüstan vətəndaşına böyrək köçürülməsi əməliyyatı aparılıb.

2015-ci il ərzində 81 nəfərə böyrək köçürülüb. Hazırda Azərbaycanda böyrək köçürülməsi əməliyyatı olunmuş 732 nəfər var və dövlət onların dərman təminatını öz üzərinə götürüb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür