Azərbaycanda 170 min dollarlıq rüşvətin üstü açıldı - VİDEO

23:59 | 10.03.2016
Azərbaycanda 170 min dollarlıq rüşvətin üstü açıldı - VİDEO

Azərbaycanda 170 min dollarlıq rüşvətin üstü açıldı - VİDEO

Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin keçmiş aparat rəhbəri Səfər İmanovun 170 min dollar mənimsəməsi barədə verilən şikayətlə bağlı cinayət işi qaldırılıb.

Vəkil Kamandar Nəsibovun ANS TV-ə verdiyi məlumata görə, fakt üzrə baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət məcəlləsinin dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddələri ilə cinayət işi başlanaraq icraata verilib.

Baş prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov faktı təsdiqləyib.

Azərbaycanda ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin keçmiş aparat rəhbəri Səfər İmanov dələduzluqda ittiham olunur. O, vətəndaşı icra başçısının müavini vəzifəsinə düzəltmək adı ilə ondan 170 min ABŞ dolları alıb.

Bu məsələlərin araşdırılması üçün Dövlət Komitəsi rəsmi şəkildə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət edib.

 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb