Azərbaycanda aksiyalarda maska istifadəsi qadağan olunur

11:24 | 26.11.2013
Azərbaycanda aksiyalarda maska istifadəsi qadağan olunur

Azərbaycanda aksiyalarda maska istifadəsi qadağan olunur

Azərbaycanda “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna və müvafiq olaraq İnzibati Xətalar Məcəlləsinə əlavələr gözlənilir.Milli Məclisdən APA-ya verilən məlumata görə, bir qrup deputatın təklifi ilə müzakirəyə çıxarılması gözlənilən layihə aksiyalar zamanı maskalardan və digər üz örtüklərindən istifadədən qadağanın qanunvericilikdə təsbit olunması ilə bağlıdır. Layihəyə görə, istənilən bayram və matəm tədbirlərində, dini mərasimlərdə, yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və piketlərdə bir sıra qadağan olunmuş xüsusi vasitələrlə yanaşı, maska və digər üz örtüklərindən istifadə qanunvericiliklə qadağan olunur. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə xüsusi maddənin əlavə olunması da təklif edilir. Layihənin yaz sessiyasında parlamentdə müzakirəyə çıxarılması gözlənilir. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb