Azərbaycanda bələdiyyə yanır- xəsarət alan var

10:56 | 24.01.2015
Azərbaycanda bələdiyyə yanır- xəsarət alan var

Azərbaycanda bələdiyyə yanır- xəsarət alan var

Zaqatalanın Maqov kəndində mədəniyyət evi və yerli bələdiyyə orqanının yerləşdiyi binada yanğın baş verib.

ANN.Az anspress-ə istinadən xəbər verir ki, hadisə səhər saatlarında başlayıb. İlkin ehtimala görə, yanğın binada elektrik naqilində qısa qapanma səbəbindən baş verib.

Hadisə yerinə 3 yanğınsöndürən maşını cəlb edilib. Yanğınsöndürənlərdən biri hadisəyə müdaxilə edərkən xəsarət alıb. Hazırda dam örtüyü sındırılaraq binaya girməyə və yanğına müdaxilə etməyə çalışılır.

Son məlumatlara görə, yanğın nəzarət altına alınıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür