Nazirlər Kabineti "İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”nı təsdiq edib.
Peşə hazırlığına cəlb olunmuş işsiz şəxslərə təhsil aldıqları dövrdə "Məşğulluq haqqında” qanunun 29.1-ci maddəsinə uyğun olaraq minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödəniləcək.
Peşə hazırlığına cəlb olunan şəxslər Xidmətin tabeliyindəki təhsil müəssisəsinə göndərildikdə, müvafiq kursun xərclər smetasına uyğun maliyyə vəsaiti həmin təhsil müəssisəsinin hesabına köçürülür.
Xərclər smetası peşə hazırlığı kursları keçirilən təhsil müəssisəsi tərəfindən orada qüvvədə olan tarif üzrə, tarif olmadıqda isə Xidmətlə razılaşdırılmış müqavilə qiymətlərinə əsasən tərtib edilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !