Azərbaycanda bu qanunlar ləğv olunur

12:23 | 28.09.2023
Azərbaycanda bu qanunlar ləğv olunur

Azərbaycanda bu qanunlar ləğv olunur

"Haqsız Rəqabət haqqında" və"Antiinhisar fəaliyyəti haqqında"və "Təbii inhisarlar haqqında" qanunlar ləğv olunur. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişli sentyabrın 28-də Milli Məclisin  İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxışı zamanı deyib.
 
Bu qanunların ləğv olunması "Rəqabət Məcəlləsinin Təsdiq edilməsi haqda” qanun layihəsinin qəbul olunması ilə bağlıdır.
 
Sentyabrın 26-da Rəqabət Məcəlləsinin Təsdiq edilməsi haqda qanun layihəsi haqda Milli Məclisdə ictimai dinləmə keçirilib.Dinləmədə iqtisadi ekspertlər və deputatlar qanun layihəsi istiqamətində bir sıra təkliflər veriblər.
 
Rəqabət Məcəlləsi üzərində 2004-cü ildən işlər aparılır. Yeni layihə 12 fəsil, 83 maddədən ibarətdir.
 
Hazırda sahibkarlıq sahəsində rəqabət mühiti 1995-ci il tarixli "Haqsız Rəqabət haqqında" və 1993-cü ildə qəbul olunan "Antiinhisar fəaliyyəti haqqında" qanunlarla tənzimlənir.
 
Gülnar Nazimqızı 
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM