Azərbaycanda daha bir bank rəhbəri istefa verdi

19:16 | 01.05.2015
Azərbaycanda daha bir bank rəhbəri istefa verdi

Azərbaycanda daha bir bank rəhbəri istefa verdi

Azərbaycan Sənaye Bankı İdarə Heyətinin sədri Hüseyin Özmen istefa verib. 

Marja.az xəbər verir ki, "Azərsun Holdinq”in İctimaiyyətlə Əlaqələr və Sosial Xidmətlər Departamentinin rəhbəri Afiq Səfərov məlumatı təsdiqləyib: "Bəli, məlumat doğrudur. Onunla bağlanılmış müqavilə də başa çatıb”.

Hüseyin Özmenin yerinə təyinat olmayıb.

Hüseyin Özmen 1945-ci ildə Türkiyə Respublikasında anadan olub, "Ankara İqtisadi və Ticarət Elmləri Akademiyası”nı "Dünya iqtisadiyyatı” ixtisası üzrə bitirib. O, 28 illik bank işi təcrübəsinə malikdir. İş fəaliyyətinə "Türkiyə Mərkəzi Bankı”nda mütəxəssis kimi başlayıb, daha sonra "Türkiyə Ziraat Bankı”nda müfəttiş olaraq çalışıb və rəhbər vəzifəsinə kimi yüksəlib.

Azərbaycan Respublikasında "Azər-Türk Bank”ın və "Turan Bank”ın İdarə Heyətinin sədri vəzifəsində, daha sonra Azərbaycanda "Dünya Bankı”nın maliyyələşdirdiyi və Azərbaycan hökümətinin dəstəklədiyi "Kənd Təsərrüfatının İnkişafı və Kredit Layihəsi”ni həyata keçirən "İcraçı Kredit Agentliyi"ndə İdarə Heyəti sədrinin 1-ci müavini vəzifəsində çalışıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb