Millət vəkili onu da vurğulayıb ki, bu məsələ hətta Milli Məclisdə də səsləndirilib. S. Rüstəmxanlı küçə reklamı və elanları ilə bağlı narazılığını da gizlətməyib. Millət vəkli vurğulayıb ki, bu sahədə hələ də problem qalmaqdadır.
Bununla bağlı Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, dilçi-alim Nizami Cəfərovun da mövqeyini öyrəndik. O bildirib ki, dil polisinin yaradılmasına ehtiyac yoxdur. "Bu cür məsələlər humanitar sahələrdə özünü ümumiyyətlə doğrutmur”.
Millət vəkili bildirib ki, müvafiq qurumlar dil məsələsində həssas olmalıdır: "İcra Hakimiyyəti başçılarının humanitar məsələlər üzrə müavinləri şəhərin dil mənzərəsinə də nəzarət etməlidirlər. Bu baxımdan hesab edirəm ki, ayrıca dil polisinin yaradılmasına ehtiyac yoxdur.
Əgər elan və reklamlarda başqa dillərə daha çox üstünlük verilirsə, apteklərdə satılan Azərbaycan dilində dərman içliyi yoxdursa, bütün bunlara müvafiq icra hakimiyyətləri orqanları cavabdehdir". //lent.az
Bizi sosial şəbəkələrdə izləyin !