Azərbaycanda dollar kreditləri problemi ilə bağlı yeni sənəd hazırlanır

16:47 | 15.03.2016
Azərbaycanda dollar kreditləri problemi ilə bağlı yeni sənəd hazırlanır

Azərbaycanda dollar kreditləri problemi ilə bağlı yeni sənəd hazırlanır

Deputat: Ağırlıq əhalinin üzərinə düşdüyünə görə, həm əhali, həm də banklar çox pis vəziyyətdədir

Azərbaycanda ali qanunvericilik orqanı səviyyəsində dollarda krediti olanlara dəstək məqsədi ilə xüsusi sənəd hazırlanır. "Report"un verdiyi xəbərə görə, bu barədə deputat Əli Məsimli parlamentin bugünkü plenar iclasında hökumətin 2015-ci il hesabatının müzakirəsi zamanı çıxışında bildirib.

"2015-ci ildə inflyasiyanın aşağı olmasını yüksək qiymətləndirirəm. 2015-ci ildə iki şok devalvasiya olub. Bunun mənfi nəticələrinin aradan qaldırılması üçün atılan addımları yüksək qiymətləndirirəm. Amma bu addımları yetərli saymıram. Çünki bunlar birtərfli xarakter daşıyır, problemlər əhalini üstünə atılır. Problemin belə həllini müsbət hesab etmirəm. Devalvasiya nəticəsində yaranmış proses - sistem prosesdir ki, bu da sistem həll olunmalıdır", - deyə millət vəkili qeyd edib.

"Ağırlıq bir amilin - əhalinin üzərinə düşdüyünə görə, həm əhali, həm də banklar çox pis vəziyyətdədir. Biz bununla bağlı sənəd hazırlayırıq. Komitələrdə səsləndirdiyimiz təkliflər orada öz əksini tapacaq və həmin təkliflər aiddiyəti qurumlara təqdim olunacaq", - deyə Ə.Məsimli əlavə edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb