Azərbaycanda dollar ucuzlaşdı

10:09 | 19.03.2015
Azərbaycanda dollar ucuzlaşdı

Azərbaycanda dollar ucuzlaşdı

Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.

ANS PRESS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, 1 avro bir gündə 1.1118-dən 1.129-a qədər bahalaşıb.

ABŞ dollarının məzənnəsi isə manata nisbətdə ucuzlaşıb.

Belə ki, 1 ABŞ dolları 1.0488-dən 1.0486-a düşüb.

Rusiya rublunun kursunda da bahalaşma qeydə alınıb. Ötən gün 0.017 olan 1 rublun bu günə məzənnəsi 0.0176 olaraq müəyyən olunub.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi.

ANN.Az
 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM