Azərbaycanın daha bir idmançısına dopinqdən istifadəyə görə sanksiya tətbiq edilib
Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) "Qafqazinfo”ya verilən məlumata görə, bu, həndbolçu Səbinə Nuriyevadır.
33 yaşlı idmançıdan alınmış nümunələrdə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu təsbit olunub. Onun orqanizmində boldenon və boldenon metaboliti aşkarlanıb.
Qeyd edək ki, Səbinə Nuriyeva "Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !