Azərbaycanda dövlət qulluğunda çalışan robot - FOTO

15:48 | 17.03.2015
Azərbaycanda dövlət qulluğunda çalışan robot - FOTO

Azərbaycanda dövlət qulluğunda çalışan robot - FOTO

Bu gün 3 saylı "ASAN Xidmət” mərkəzində "ASAN Robot”un təqdimat mərasimi keçirilib.

"Mr. ASAN” adlandırılan robot haqqında "ASAN Xidmət”in Beynəxalq və ictimai əlaqələr şöbəsinin müdir müavini Anar Hüseynov məlumat verib.

A.Hüseynov bildirib ki, gələcəkdə bu qurğu bütün "ASAN Xidmət” mərkəzlərində əhaliyə xidmət edəcək: "12 mart, 2015-ci il tarixində Bərdə rayonunda sayca 8-ci "ASAN Xidmət” mərkəzininin rəsmi açılış mərasimində növbəti innovativ layihənin ölkə başçısına təqdimatı oldu. Budəfəki layihə "ASAN Robot” idi. Belə ki, "ASAN Xidmət” mərkəzlərinə müraciət edən vətəndaşlarımız arasında bu robot vasitəsilə rəy sorğularının keçirilməsi, vətəndaşların müraciət və təkliflərinin qeydə alınması, həmçinin onların bu robot vasitəsilə "ASAN Xidmət”in Çağrı mərkəzi ilə əlaqə saxlayıb suallarını, təklif və şikayətlərini ünvanlaması mümkün olacaq. "Mr. ASAN”-ın gələcəkdə bütün "ASAN Xidmət” mərkəzlərində tətbiq edilməsi nəzərdə tutulub".

A.Hüseynov vurğulayıb ki, robotun digər innovativliyi onun dövlət qurumları arasında ilk dəfə olaraq xidmət sahəsinə tətbiq olunmasıdır: "Artıq bu robot vasitəsilə dövlət agentliyinin nəzarət və qiymətləndirmə şöbəsinin əməkdaşları, yaxud da birbaşa şöbənin sədrinin iştirakı ilə bu robot mərkəzlərdə vətəndaşlar arasında rəy sorğuları keçirəcək. "ASAN Xidmət”in xidmət coğrafiyası genişlənir, buna baxmayaraq robotun köməyilə əməkdaşlarımız Bakıda ola-ola müxtəlif regionlarda sorğular keçirə biləcəklər” (azvision.az).
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb