Azərbaycanda ət bahalaşdı - VİDEO

23:30 | 01.03.2020
Azərbaycanda ət bahalaşdı - VİDEO

Azərbaycanda ət bahalaşdı - VİDEO

Azərbaycanın bölgələrində ətin qiyməti qalxıb.
Anews.az xəbər verir ki, Goranboyda mal əti 1 həftə öncə 10 manata satılırdısa, hazırda 1 kiloqramı 11 manatadır. Mingəçevirdə də mal ətini 11 manata satırlar. Quzu əti isə 13 manata təklif edilir. Alıcılar da bildirir ki, şəhərdə mal ətinin qiymətində 50 qəpik- 1 manat arası bahalama var. Ət satışı ilə məşğul olanlar qiymət artımını otun bahalaşması ilə əlaqələndirirlər.

Tovuzda da ətin qiymətində 1 manat bahalaşma müşahidə olunur. Qəssablar bunu heyvan yemlərinin satışında olan qiymətlərlə əlaqələndirirlər. Ət bazarına nəzarət edən həkim- baytarlar isə mövcud qiymət artımının paytaxt bazarlarına sirayət etməyəcəyini bildirirlər. Çünki heyvanlar tezliklə açıq ərazilərə çıxarılacaq və beləcə yemə olan tələbat azalacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb