Azərbaycanda gələn ay 100-ə yaxın dövlət əmlakı hərraca çıxarılacaq

18:22 | 12.10.2023
Azərbaycanda gələn ay 100-ə yaxın dövlət əmlakı hərraca çıxarılacaq

Azərbaycanda gələn ay 100-ə yaxın dövlət əmlakı hərraca çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin gələn ay keçirəcəyi hərraclara 98 dövlət əmlakı çıxarılacaq.

Bu barədə qurumdan bildirilib.

Məlumata görə, noyabrın 7-də keçiriləcək hərracda investorlara 7 kiçik dövlət müəssisəsi və obyekti, 8 avtomobil, noyabrın 14-də keçiriləcək hərracda 16 nəqliyyat vasitəsi (istehsal tarixlərii 1984-2008-ci illər arasında dəyişir), noyabrın 17-də keçiriləcək hərracda "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin balansında olan 32 nəqliyyat vasitəsi, noyabrın 21-də keçiriləcək hərracda isə 35 nəqliyyat vasitəsi təklif olunacaq.

Nəqliyyat vasitələrinin start qiyməti 375 -16 200 manat arasında dəyişir.

Hərraca çıxarılan əmlakların tam siyahısı ilə https://clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq olar.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb