Azərbaycanda "Lada" avtomobilləri istehsal oluna bilər

20:43 | 14.02.2024
Azərbaycanda

Azərbaycanda "Lada" avtomobilləri istehsal oluna bilər

"Avtovaz” Azərbaycanda "Lada” avtomobillərinin irimiqyaslı yığılmasını təşkil etmək üçün danışıqlar aparır.

Bu barədə şirkətin rəhbəri Maksim Sokolov jurnalistlərə açıqlamasında deyib.

"Avtovaz”ın nümayəndə heyəti bu günlərdə Azərbaycandadır və danışıqlar aparırıq. Onlar gələcək tərəfdaşlarımızın istehsal imkanlarına baxırlar. Ümid edirəm ki, yazda müsbət xəbərlər olacaq", - Sokolov bildirib.

Yanvar ayında şirkətin təqdimat mərasimində Azərbaycanda iribloklu yığma üsulu ilə avtomobillərin kütləvi istehsalına başlanılmasının planlaşdırıldığı vurğulanmışdı.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb