Azərbaycanda gözlənilməz hadisə: Prokuror hakimdən şikayət etdi

16:40 | 21.01.2015
Azərbaycanda gözlənilməz hadisə: Prokuror hakimdən şikayət etdi

Azərbaycanda gözlənilməz hadisə: Prokuror hakimdən şikayət etdi

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə alman vətəndaşı Vüsal Şilderi qətlə yetirən şəxslərdən birinə oxunan hökmlə razılaşmayan prokuror apellyasiya şikayəti verib.

Qafqazinfo-nun əldə etdiyi məlumata görə, məhkəmənin çıxardığı qərarla razılaşmayan dövlət ittihamçısı Heydərov Abisalam dünən apellyasiyaya şikayət edib.

Belə ki, prokuror qətldə iştirak edən şəxslərdən biri Seymur Talıbova kəsilən hökmün 15 ildən 2 ilə endirilməsi ilə razılaşmayıb.

Qeyd edək ki, prokuror Vüsal Şilderin qətlində iştirak edən şəxslərin hər birinə ayrılıqda 15 il istəsə də, hakim Elman İsgəndərova 15 il, lakin Seymur Talıbova 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası vermişdi.

Xatırladaq ki, Almaniya vətəndaşı, 1992-ci il təvəllüdlü Şilder Vüsal Adolf oğlu 2013-cü ilin mayın 2-də paytaxtın Nərimanov rayonu ərazisində yaşadığı evin yaxınlığında bıçaqlanmış, xəstəxanaya aparılarkən dünyasını dəyişmişdi.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür