Azərbaycanda hava küləkli və yağmurlu olacaq

14:30 | 08.10.2015
Azərbaycanda hava küləkli və yağmurlu olacaq

Azərbaycanda hava küləkli və yağmurlu olacaq

Oktyabrın 9-də Bakı və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, hava şəraitinin gün ərzində dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, səhər və axşam yarımadanın bəzi yerlərində güclü şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 11-13, gündüz 14-16 dərəcə isti olacaq. 
 
Bölgələrdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-14, gündüz 14-18, dağlıq ərazilərdə gecə 2-5, gündüz 5-10 dərəcə isti olacaq.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM