Azərbaycanda iki nəfər maşında diri-diri yandı - FOTO

19:20 | 20.10.2015
Azərbaycanda iki nəfər maşında diri-diri yandı  - FOTO

Azərbaycanda iki nəfər maşında diri-diri yandı - FOTO

Hadisənin başvermə səbəbləri araşdırılır.

Bakı-Qazax-Qırmızı Körpü magistral yolunda 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, qəza yolun Goranboy rayonunun Borsunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" markalı avtomobil hərəkətdə olarkən qəfildən yolun kənarındakı otlaq sahəsinə aşıb. Qəza zamanı avtomobil yanmağa başlayıb və içərisində olan iki nəfər yanaraq ölüb.

Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb edilib.

Hadisənin başvermə səbəbləri araşdırılır.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM