Azərbaycanda işə ən çox kimləri götürürlər?

14:45 | 05.03.2015
Azərbaycanda işə ən çox kimləri götürürlər?

Azərbaycanda işə ən çox kimləri götürürlər?

1 mart 2015-ci il tarixində Azərbaycanda işəgötürənlərin əmək müqaviləsi bağladıqları şəxslərin 2,18%-i yaşı 65 yaşdan yuxarı olanlardır.
 
Fins.az-ın məlumatına görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev məlumat verib. Onun sözlərinə görə, əmək müqavilələrinin 0,65%-i isə 15-19 yaşlılarla bağlanıb. 25-29 yaşlı işçilər 13,9%, 30-34 yaşlılar 13,23%, 50-54 yaşlılar isə 12,85%-lik paya malikdir. İşləyənləri ümumi sayı isə 1 milyon 216,6 nəfərdir.

İşləyənlərin 38%-i ali təhsillilərdir
İdris İsayev onu da qeyd edib ki, Azərbaycanda aktiv əmək müqavilələrinin 37,7%-i ali təhsilli şəxslərlə bağlanıb. Ümumi təhsilli şəxslər əmək bazarında 37,3%,  orta ixtisas təhsilli şəxslər 22,2%, ilk peşə ixtisas təhsilli şəxslər isə 2,8% paya malikdir.

Həkimlərin, müəllimlərin 76-78%-i qadınlardır
İ.İsayev onu da deyib ki, kişilər üzrə bağlanan əmək müqavilələrinin 30,5%-i tam orta təhsilli, qadınlar üzrə isə bağlanan əmək müqavilələrinin isə 29,0%-i isə orta ixtisas təhsilli şəxslərlə bağlanıb: "Ən çox əmək müqaviləsi təhsil, səhiyyə, sosial xidmətlər, tikinti, ticarət, emal sənayesi sahələri üzrə bağlanıb. Kişilər üzrə ən çox əmək müqaviləsi bağlanan sahələr tikinti, emal sənayesi, təhsil, ticarət, qadınlar üzrə isə təhsil, səhiyyə, sosial xidmətlər, ticarət sahələridir. Təhsil, səhiyyə və sosial xidmətlər sahələrində muzdla işləyənlərin 76%-78%-i qadınlardır”.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM