Azərbaycanda Maliyyə Ombudsmanı yaradılır

17:41 | 01.07.2016
Azərbaycanda Maliyyə Ombudsmanı yaradılır

Azərbaycanda Maliyyə Ombudsmanı yaradılır

Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilib.

Bu barədə Oxu.Az-a ABA-dan bildirilib. 

"Daxili məsələlərlə yanaşı, iclasda ABA tərəfindən yaradılması nəzərdə tutulan Maliyyə Ombudsmanının Əsasnaməsi və Reqlamenti müzakirə edilib. Bu sahədə beynəlxalq təcrübəyə dair fikir mübadiləsi aparılıb və həmin təcrübənin yerli tələblər nəzərə alınmaqla tətbiqi imkanları nəzərdən keçirilib.

İclasda xüsusi olaraq müzakirə edilən məsələlərdən biri də ABA-nın tərkibində Maliyyə savadlılığı ilə bağlı ayrıca Ekspert Qrupunun yaradılması olub.

Qrupun yaradılmasında əsas məqsəd maliyyə savadlığı sahəsində görülməli işlərin müzakirəsi, əlaqədar təşkilatlarla fikir mübadiləsi aparmaqla bu istiqamətdə əlavə tədbirlərin müəyyənləşdirilməsinə ekspert yanaşmasının təmin olunmasıdır”, - deyə ABA-dan qeyd edilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb