Azərbaycanda müəllimlərin intellektual səviyyəsi artırılacaq

11:09 | 23.01.2014
Azərbaycanda müəllimlərin intellektual səviyyəsi artırılacaq

Azərbaycanda müəllimlərin intellektual səviyyəsi artırılacaq

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) müəllimlərin ixtisasartırma təhsilinin təşkili barədə dəyirmi masa keçirilib. BŞTİ-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tədbirdə Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Təhsil Problemləri İnstitutu, Azərbaycan Müəllimlər İnstitutu nümayəndələri iştirak edib. Tədbirdə həmçinin Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, “Mədət” Təşkilatının nümayəndələri də qatılıb. Görüşdə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq müəllimin fasiləsiz hazırlığı sisteminin əsas istiqamətlərinin, məzmununun və inkişafının necə müəyyən edilməsi, fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının inkişaf etdirilməsi üçün hüquqi, iqtisadi və təşkilati şəraitin yaradılması barədə danışılan, ortaya çıxan suallar mütəxəssislər tərəfindən müzakirə edilib.Qeyd edək ki, ixtisasartırma təhsilinin əsas məqsədi hər bir işçinin və ya mütəxəssisin ixtisası üzrə intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsini və təkmilləşdirilməsini, daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılmasını, ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakını təmin etməkdir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM