Azərbaycanda mobil operatorların gəlirləri artıb

15:40 | 15.08.2017
Azərbaycanda mobil operatorların gəlirləri artıb

Azərbaycanda mobil operatorların gəlirləri artıb

2017-ci ilin yanvar-iyul ayları ərzində informasiya və rabitə müəssisələri 958,2 mln.  manatlıq xidmət göstərib ki, onun da 72%-i əhali tərəfindən istehlak olunub.

anews.az Dövlət Statstika Komitəsinə istinadən xəbər verir ki, 2016-cı ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 4,9% artıb, bu sahədə əldə edilmiş gəlirin 81%-i qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 49,8%-i və ya 477,0 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb. Xatırladaq ki, yanvar-iyun ayları ərzində informasiya və rabitə müəssisələri 828,4 milyon manatlıq xidmət göstərmişdi. Xidmətlərdən əldə edilən gəlirin 48,1 faizi və ya 398,1 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşmışdı.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti