“Azərbaycanda Peşə Təhsili Dövlət Agentliyi yaradılacaq”

13:17 | 29.10.2015
“Azərbaycanda Peşə Təhsili Dövlət Agentliyi yaradılacaq”

“Azərbaycanda Peşə Təhsili Dövlət Agentliyi yaradılacaq”

"Regionlardakı bəzi məktəblərdə istilik problemi həll edilib”. Modern.az xəbər verir ki, bunu jurnalistlərə təhsil nazirinin müavini Ceyhun Bayramov deyib. O qeyd edib ki, qış aylarında məktəblərin istiliklə təminatı həm uşaqların davamiyyətinə, həm də nəticə etibarilə təhsilin keyfiyyətinə çox mühüm təsir edən amillərdən biridir:

"Həm rayon təhsil şöbələri, həm də rayon icra hakimiyyəti strukturları ilə sıx əlaqə saxlayırıq. Bəzi məktəblərdə belə bir problemlər mövcuddur. Bu istiqamətdə davamlı iş aparılır. Bu məsələ tədricən həllini tapacaq”.

O, eyni zamanda Peşə Təhsili Dövlət Agentliyinin yaradılması ilə bağlı açıqlama verib:

"Dövlətdən əlavə ştatlar yaradılmamaq şərti ilə nazirliyin daxili imkanları hesabına digər istiqamətlərdə vakant yerlər istifadə olunmaqla Peşə Təhsili Dövlət Agentliyinin yaradılması üçün hökumətə təkliflər göndərilib. Hazırda müvafiq nazirliklər bu məsələyə baxır. Hesab edirik ki, yaxın zamanlarda agentliyin yaradılması ilə bağlı müsbət qərar veriləcək”.

Nazir müavini Bakıdakı 20 saylı məktəbin tikintisi ilə bağlı sualları da cavablandırıb. O qeyd edib ki, həm layihələndirmə, həm də məktəbin fundamentinin qoyulması ilə bağlı işlər başa çatdırılıb:

"Layihələndirmə ilə bağlı müvafiq dövlət strukturlarından bir sıra əlavə tövsiyələr verilib. Həmin işlər də artıq yekunlaşmaq üzrədir. Hesab edirəm ki, yaxın zamanlarda inşaat işləri sürətlə aparılacaq”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM