Azərbaycanda prokurorun köməkçisi yanaraq öldü

11:51 | 19.01.2015
Azərbaycanda prokurorun köməkçisi yanaraq öldü

Azərbaycanda prokurorun köməkçisi yanaraq öldü

Ucarda baş verən yol qəzasında ölən şəxslərin adları məlum olub.

ANN.Az APA-ya istinadən xəbər verir ki, Ucar Rayon Polis Şöbəsindən , Bakı-Qazax yolunun Ucar rayonundan keçən hissəsində baş verən yol qəzasında ölənlərdən biri Göyçay Rayon Prokurorunun köməkçisi Emin Natiq oğlu Qurbanovdur. Ölən digər şəxsin də kimliyi açıqlanıb. Ölən şəxs Ehtiram Salahovdur.

 
***
Ucar rayonunda ağır yol qəzası baş verib.

Ucar Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə bu gün saat 09 :00 radələrində Bakı-Qazax yolunun rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.

99 –DY-262 dövlət nömrə nişanlı, ağır tonnajlı beton qarışdıran avtomobillə "Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində güclü yanğın baş verib. Minik avtomobili yanıb, iki nəfər yanaraq ölüb.

Avtomobil tamamilə yandığı üçün dövlət nömrə nişanı görünməyib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Rayonunun Yanğından Mühafizə Hissəsinin və Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub.

Qəzanın baş vermə səbəbi Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və Təhqiqat şöbəsində araşdırılır.
 
ANN.Az
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM